Erməni qadınların orduda xidmət müddəti MƏLUM OLDUbackend

Erməni qadınların orduda xidmət müddəti MƏLUM OLDU

Erməni qadınları orduya çağırılacaq.

KONKRET.az xəbər verir ki, Ermənistan hökuməti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib. Ona əsasən, qadınların silahlı qüvvələrdə xidmət edə bilməsi üçün hüquqi baza yaradılır.

Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, hərbi xidmət müddəti 6 ay olacaq.

Qadınların 5 il müddətinə müqavilə ilə xidmətə keçmək hüququ olacaq.

Papikyanın sözlərinə görə, qanunun qış çağırışına qədər qüvvəyə minəcəyi gözlənilir.

Öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “orduda qadınların ancaq xidməti rolu olması stereotipini qırmaq lazımdır”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*