Erməni tərəfi 3 330 hərbçisinin öldüyünü təsdiqlədibackend

Erməni tərəfi 3 330 hərbçisinin öldüyünü təsdiqlədi

Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 3 330 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1 441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*