Erməni terroru nəticəsində ölən mülki şəxslərin sayı artdı – RƏSMİbackend

Erməni terroru nəticəsində ölən mülki şəxslərin sayı artdı - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 218 dinc sakin yaralanıb.

“1592 yaşayış evi, 290 mülki obyekt və 79 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*