Ermənilər Azərbaycan hərbçiləri ilə rus sülhməramlıları arasında toqquşma yaratmaq üçün hər cür təxribata əl ata bilər – Markovbackend

Ermənilər Azərbaycan hərbçiləri ilə rus sülhməramlıları arasında toqquşma yaratmaq üçün hər cür təxribata əl ata bilər - Markov

Rusiya ordusunun əli ilə geosiyasi problemlərini həll etməyə çalışan ermənilərin xətrinə Moskva hərbi münaqişəyə getməyəcək.

KONKRET.az xəbər verir ki, bunu Caliber.az-a Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Ermənilər Qarabağ müharibəsini Azərbaycan-Ermənistan arasında deyil, Rusiya-Türkiyə arasında kimi təqdim etmək üçün Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanacağı anı gözləməyi planlaşdırırlar. Bundan başqa, ermənilər Azərbaycan hərbçiləri ilə Rusiya sülhməramlılarını bir-birinə toqquşdurmaq üçün hər cür təxribat törədəcəklər. Hətta güman edirəm ki, bunun üçün onlar rus hərbçilərinin formasını da geyəcəklər”, – deyə Markov bildirib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*