“Ermənilər belə düşünür ki, Qarabağı Rusiya təslim edib” – Simonyan – VİDEObackend

“Ermənilər belə düşünür ki, Qarabağı Rusiya təslim edib" - Simonyan - VİDEO

“Erməni cəmiyyətində belə bir fikir var ki, Qarabağı Rusiya təslim edib”.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan parlamentinin spikeri Alen Simonyan “Komsomolskaya Pravda”nın xüsusi müxbiri Dmitri Steşinə müsahibəsində deyib. Müxbirin “Qarabağın təslim edilməsi” barədə sualına Simonyan belə cavab verib ki, “bizim cəmiyyətdə belə fikir yaranıb ki, Qarabağı Rusiya təslim edib”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan ermənilərin “mifləri”ini darmadağın edib. 44 günlük müharibədən sonra cəmiyyət arasında belə bir fikir formalaşmışdı ki, guya “satqınlar” Qarabağı satıb, müharibəsiz, qırğınsız “təhvil verib”. “Qarabağda 3700-3800-dək qurban verdik. Siz deyəndə ki, Qarabağı satıblar, ölən əsgərlərimizi, onların valideynlərini təhqir etmiş olursunuz. Xalqımız sonadək vuruşdu”, – deyərək müxbirə cavab verib.

Ermənistan parlamentinin spikeri döyüş meydanında Azərbaycan tərəfdə texnikanın üstünlüyünü vurğulayıb və “texnikamız Bayraktarları vura bilmədi” deyib.

“Azərbaycan Ordusunun havada üstünlüyü, xüsusən də Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarələrinin olması 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların nəticəsini həll edib”.

“İnsanların sayı ilə bağlı problemimiz yox idi, əlimizdə olan texnika ilə vura bilmədiyimiz Bayraktarlarla necə mübarizə aparmaqla bağlı problemimiz var idi. Biz 25 minə yaxın qoşunumuzu Bakının nəzarətinə keçən ərazilərdən çıxarmışıq. Sizcə, insanlarımız olmadığı üçün müharibəni uduzduq, yoxsa 2020-ci ildə  müharibədə insanlar qalib gəlir?”

Alen Simonyan unudur ki, nə qədər texnika olsa da, yenə onu idarə edən insandır, deməli müharibəni müasir və güclü texnikalarla insanlar udur.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*