Ermənilər bu dəfə Macarıstana “hücum etdilər” – “Avropa ölkəsindən çox türk dövləti kimi görünür” – Mnatsakanyanbackend

Ermənilər bu dəfə Macarıstana “hücum etdilər” – “Avropa ölkəsindən çox türk dövləti kimi görünür” - Mnatsakanyan

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyi planlaşdırır. Bunu AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone deyib. Onun sözlərinə görə, bu gün alternativ enerji mənbələri təkcə “yaşıl” texnologiyalara keçid baxımından deyil, həm də maliyyə nöqteyi-nəzərindən cəlbedicidir. Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə iqtisadi və ticari əlaqələri, rəsmi Bakının daha da güclənməsi və regionda əsas söz sahibinə çevrilməsi düşmən Ermənistanı bərk qıcıqlandırır. Bu səbəbdən də ermənilərin Azərbaycan haqqında təxribatçı və həqiqətə uyğun olmayan əsassız fikirləri zaman-zaman elə öz media resurslarında dərc edilir.

İndi də AYİB-lə iqtisadi əməkdaşlığımızdan narahat olan ermənilər öz məkrli və çirkin niyyətlərini ifadə edərək həm Azərbaycan, həm də bizim tərəfdaş ölkələr haqqında qarayaxma kampaniyasına start veriblər. Erməni analitik Romella Mnatsakanyan hətta bu mövzu ilə bağlı məqalə hazırlayıb. O öz məqaləsində Rumıniya, Bolqarıstan və Slovakiyanın Azərbaycan qazının Avropaya nəqli üçün vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət etdiyini vurğulayıb: “Rumınlar, bolqarlar və slovaklarla birlikdə Macarıstan da, Türkiyə və Bolqarıstan ərazisindən keçən marşrut boyunca Azərbaycan qazının Avropaya ixracı üçün Avropa İttifaqından (Aİ) maliyyə dəstəyi göstərməyi tələb etdi. Macarıstan xarici işlər nazirinin  qeyd etdiyi kimi, söhbət infrastrukturun inkişaf etdirilməsi, yeni interkonnektorların qurulması və mövcud olanların imkanlarının artırılmasından gedir. “Biz Azərbaycanın 2027-ci ilə qədər boru kəmərlərinin ötürücülük qabiliyyətini iki dəfə artırmaq istəyini alqışlayırıq. Bu yolla Azərbaycan Avropaya qaz tədarük edə biləcək”, – Sijarto bildirib. Macarıstan Ermənistana qarşı hər zaman yanlış addımlar atıb. Təəccüblüdür ki, biz indi ölkəmizin rəhbərliyinin Macarıstanla münasibətləri bərpa etməyə hazır olduğunu görürük. Hərçənd Macarıstan dəyişməyib. İndi avropa ölkəsindən daha çox türk dövləti kimi görünür. Biz rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatı ilə yaxınlaşmasını görürük. Hətta müasir Rusiyanın bir çox bölgələrini əhatə edən “Böyük Turan” layihəsini həyata keçirən ölkələrdən biridir”, – erməni analitik hikkəsini gizlətməyib.

Regiondakı bütün layihələrdən kənarda qalan, iqtisadiyyatı çökən, əhalisinin vəziyyəti acınacaqlı olan Ermənistanda bu cür hikkə və qəzəbli fikirlərin səsləndirilməsi təəccüblü deyil. Ermənilər hətta Azərbaycanla əməkdaşlıq edən dövlətləri  “əxlaqsız”, “qorxaq” və “rəzil” adlandırmaqdan da çəkinmirlər. Bu, erməni xislətinin bariz nümunəsidir. Mnatsakanyan və onun timsalında digərləri anlamalıdırlar ki, hikkə, qəzəb və qarayaxma ilə heç bir inkişafa nail ola bilməzlər. İrəvanın inkişafı və ermənilərin rifahı məhz Azərbaycanın qılıncının altından keçməkdən, sülh müqaviləsinə imza atmaqdan və beləcə regional layihələrə qoşulmaqdan keçir. Ancaq İrəvanın vaxtı çox azdır və zaman Ermənistanın əleyhinə işləyir.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*