Ermənilər KTMT-ni “DƏFN ETDİLƏR”: “Bizə belə “müttəfiqlər” lazım deyil” – Mnatsakanyan AÇIQLADIbackend

Ermənilər KTMT-ni “DƏFN ETDİLƏR”: “Bizə belə “müttəfiqlər” lazım deyil” - Mnatsakanyan AÇIQLADI

“Bizə hörmətsizlik edildiyi yığıncaqlarda niyə iştirak etməliyik? Niyə biz saatları geri saymağa başlayanların yanında dayanmalıyıq?

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitiki Romella Mnatsakanyanın məqaləsində yer alıb:

“Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki qətiyyət nümayiş etdirdi. O, KTMT sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina etdi. Beləliklə Vladimir Putin və Aleksandr Lukaşenkonun planları alt-üst oldu. Paşinyan sənədin İrəvanın gözləntilərini doğrultmadığını bildirməklə öz qərarını əsaslandırdı. Baş nazir həm açılışda, həm də sammit zamanı KTMT-ni və dolayısı ilə Rusiyanı kəskin tənqid etdi. Faktiki olaraq Nikol Paşinyan KTMT-nin funksionallığını itirdiyini hamıya göstərdi. Ermənistan isə sadəcə olaraq, KTMT-dən birdəfəlik qoparaq növbəti həlledici addımı atmağa məhkumdur” – Mnatsakanyan vurğulayıb.

Erməni analitik daha sonra fikirlərini belə davam etdirib: “Nə üçün Azərbaycanın Ermənistandan daha çox müttəfiqi olan bir strukturun üzvü kimi qalmalıyıq? Bizə hörmətsizlik edildiyi, tələblərimizə və problemlərimizə məhəl qoyulmadığı toplantılara niyə getməliyik? Niyə biz saatları geri saymağa başlayanların yanında dayanmalıyıq? Odur ki, Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru kimi tanıması fonunda Paşinyanın atdığı addımlar düzgün qiymətləndirilməlidir.  Müvafiq qərar qəbul edilib. Artıq Avropa Parlamenti Belarusun diktatoru Aleksandr Lukaşenkonu “vurub”.  Belarus müxalifətinin Rusiya qoşunlarının ölkədən dərhal çıxmalı olduğu haqda mövqeyini dəstəkləyən Avropa Parlamenti Lukaşenka hökumətinin Ukraynaya qarşı müharibədə iştirakını pisləyib. Avropa Parlamentinin deputatları Aİ ölkələrini və Avropa Komissiyasını Belarusa qarşı anti-Rusiya sanksiyaları kimi sərt sanksiyalar tətbiq etməyə çağırıb. Müvafiq qətnamə Avropa Parlamenti tərəfindən noyabrın 24-də Strasburqda keçirilən plenar iclasda qəbul edilib. Sənədi Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti dəstəkləyib. Qətnamədə qeyd edilir ki, Belarus rejimi Ukraynadakı hərbi cinayətlərə görə Rusiya ilə yanaşı məsuliyyət daşıyır və buna görə beynəlxalq tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir. Bu, Lukaşenkonun hərəkətlərinə tamamilə düzgün reaksiyadır” – erməni analitik bildirib.

“Belarusun qeyri-legitim “prezidenti” açıq şəkildə Ukraynanı şantaj etməyə keçib. “İndi hər şey Ukraynadan asılıdır. Çətindir, amma dirçəlmək istəyirlərsə bunu etməlidirlər. Əks halda Ukraynanın dövlətçiliyini itirmək təhlükəsi yaranacaq. Bu, Ukraynanın məhvi olacaq. Biz dayanmalıyıq”, – deyə o bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə belə deyib: “Kiyevin hər şeyi həll etmək və Moskvanın tələblərini yerinə yetirmək, bununla da ukraynalıların iztirablarına son qoymaq imkanı var”. Göründüyü kimi, yeni qırğınlarla şantaj mövqeyindən danışan bu iki şəxsin açıqlamalarında məna fərqi tapmaq mümkün deyil. Bəs Lukaşenkonu Onu bütün Avropada qeyri-legitim elan etdikdən sonra, o nə edəcək? Bizə belə “müttəfiqlər” lazım deyil. Bunu KTMT-nin “dəfn sammiti”ndə baş nazir Nikol Paşinyan mükəmməl şəkildə nümayiş etdirdi” – deyə Romella Mnatsakanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*