Ermənilər Paşinyan əleyhinə yenidən aksiya keçirəcəklərbackend

Ermənilər Paşinyan əleyhinə yenidən aksiya keçirəcəklər

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilmiş hərbçilərinin valideynləri sabah İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.

Bu barədə KONKRET.az yerli mətbuata istinadən xəbər verir.

Müharibədə məhv edilmiş əsgərlərdən birinin atası Ara Rostamyan saat 9:00-dan etibarən ölkə ictimaiyyətini hökumət binası qarşısında toplaşmağa çağırıb.

“Sabah saat 11:00-da hökumət binasında Nikol Paşinyanın mətbuat konfransı keçiriləcək və mən çox istərdim ki, burada çoxlu insan olsun, biz ona suallarımızı verək”, – Ara Rostamyan deyib.

A.Rostamyan həmçinin onları gecələr tək qoymamağa, hökumət binası yaxınlığında toplaşaraq elan etdikləri oturaq aksiyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, 44 günlük müharibədə məhv edilmiş Jor Martirosyanın anası Qayane Akopyan bir ay müddətinə həbs edilib. Aksiyaçılar Q.Akopyanın dərhal azad edilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*