Ermənilər ruslara yalvarır – İrəvan Kremllə təcili danışıqlara başladıbackend

Ermənilər ruslara yalvarır – İrəvan Kremllə danışıqlara təcili başladı

İrəvan Rusiya qazının tarifləri ilə bağlı danışıqları davam etdirir.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, qlobal qaz mühiti danışıqlar prosesinin davam etməsinə əsas verir.

Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib. O əlavə edib ki,  hazırda sərhəddə tarif məsələləri ilə bağlı qarşılıqlı anlaşma mövcuddur: “Lakin dünya bazarında qazın qiymətinin bahalaşması fonunda Rusiya ilə müzakirə ediləcək bir məsələ var. Buna görə də qiymət məsələsi hələ də aktualdır və danışıqlar prosesinin davam etdirilməsinə əsas verir” – deyə Qriqoryan bildirib.

O, Rusiya ilə danışıqların təfərrüatlarının hələ açıqlanmasını məsləhət görmədiklərini deyib, lakin gələcəkdə nəticələr barədə məlumat veriləcəyini vurğulayıb.

Ermənistan Rusiyadan sərhəd ərazilər üçün alınan qazın hər min kubmetrinə 165 dollar ödəyir. Bundan əlavə biznes mühiti və əhali üçün son qaz tariflərini “Qazprom Ermənistan” formalaşdırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*