Kaliforniyanın Qlendeyl şəhərində ermənilərdən ibarət cinayətkar qrup ifşa edilib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qlendeyl Polis Departamenti məlumat yayıb.
5 nəfərdən ibarət dəstə çoxmənzilli binalarda poçt qutularının açarlarını dəyişdirərək sakinlərin məktublarını oğurlayıblar və daha sonra sakinlərin məlumatlarından saxta kredit kartları sifariş etmək üçün istifadə ediblər.
Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin digər sakinlərə məxsus poçt qutularından məktubları çıxardıqları barədə bir sıra məlumatlar aldıqdan sonra araşdırmaya başlayaıb.
Axtarışlar aparılıb və 5 erməni əsilli Qlendeyl sakini həbs edilib. Bunlar 36 yaşlı Razmik Barseqyan, 27 yaşlı Robert Poqosyan, 35 yaşlı Vahan Kalaşyan, 26 yaşlı Armen Harutyunyan və 27 yaşlı Artyom Militonyandır.
Qeyd olunur ki, axtarış zamanı müstəntiqlər digər şəxslərə məxsus şəxsi məlumatlar, kredit kartı kodlaşdırma cihazları, nağd pul, qızıl və çoxsaylı kredit kartları da aşkar ediblər.
