Ermənilərə nifrət edir, amma toyda onlarla oturur – Deputatbackend

Ermənilərə nifrət edir, amma toyda onlarla oturur – Deputat

Siyavuş Novruzov millət vəkili olaraq karantin rejimi qaydalarını pozmalı, toya dəvət olunsa da, getməli deyildi. Orada xanımı Ombudsman Səbinə Əliyevanın iştirakı da birbaşa olaraq Siyavuş Novruzovun günahıdır. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən cəzalandırılıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a millət vəkili Fəzail Ağamalı Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsi qalmaqalı haqda danışarkən deyib.

O bildirib ki, Siyavuş Novruzovun orada iştirak etməsindən çox təəccüblənib:

“O, hər zaman danışıqlarında ermənilərə qarşı nifrətini ortaya qoyur. Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan-başa ermənilərin əhatəsində idi. Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Kalinanın, Kalinanın qardaşı, Ramiz Mehdiyevin kürəkəni olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü də çox rahat hiss edirdi. Bu baxımdan düşünürəm ki, Siyavuş Novruzov burada çox böyük günah işlətdi və dediklərinin əksinə davranışlarını ortaya qoydu”.

  • Omer
    Avqust 23, 2020 - 14:07

    Siz ne danisirsiniz? Ne kalina? Ne levon? Bundan sonra siavus muellim milli meclise ne uzle gelecek..? O orda neinki istirak, devet Alan kimi polise muraciet etmelidi mence

  • Zamina Elturan
    Avqust 23, 2020 - 15:46

    Ay Siyaquş,sən deyildin bu virusa inanmayanlara cərimə tətbiq olunmasını tələb edən?Əvvəldən səni virus kimi tanıdım.

    • Abbasoğlu
      Avqust 26, 2020 - 19:10

      Mehdiyevin bildiyimə görə bir qızı var..bəs bu ikinci erməni kürəkən hardan çıxdı??))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*