Ermənilərə qan udduran Milli Qəhrəmanın oğlu iş tapa bilmir – ƏTRAFLIbackend

Ermənilərə qan udduran Milli Qəhrəmanın oğlu iş tapa bilmir - ƏTRAFLI

“Cənab Prezidentimiz sağ olsun! Mən dövlətimizin diqqətindən, qayğısından çox razıyam. Dövlətimiz müharibə iştirakçılarına, əlillərə çox böyük dəstək göstərir, onların problemlərinin həlli istiqamətində təcili tədbirlər görür, müalicələri üçün onlar xarici ölkələrə göndərilir. Hamımız bunun şahidiyik. Milli Qəhrəman olaraq, mən çox razıyam. Xırda problemlər, nrazılıqlar həmişə olub. Onlar da həllini tapacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Azərbaycanın sağ Milli Qəhrəmanlarından olan Sahil Məmmədov bildirib.

Milli Qəhrəman S.Məmmədov daha sonra qeyd edib:

“Oğlum gənc kadrdır. Türkiyədə yüksək təhsil almış mütəxəssisdir. İşlə bağlı hansı klinikaya müraciət ediriksə, alınmır. Oğlum iş tapa bilmir. İnanıram ki, dövlətimiz dəstək olacaq”.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü S.Məmmədov İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərin iştirakçısı olub. Onun ermənilərin məhv edilməsi və Azərbaycanın ərazi bütövlyü uğrunda əvəzsiz xidmətləri var.

Polkovnik-leytenant Sahil Məmmədov uzun müddət DİN-nin Pasport, Viza və Qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışıb.

Ailəlidir. Bir övladı var.

Ənvər Şüküroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*