“Ermənilərin dostu” Aİ ölkələrinə səfər edə bilməyəcək – Vizası LƏĞV EDİLDİbackend

“Ermənilərin dostu” Aİ ölkələrinə səfər edə bilməyəcək - Vizası LƏĞV EDİLDİ

Rusiya Dövlət Dumasının qalmaqallı deputatı Vitali Milonovun Şengen vizası ləğv edilib.

KONKRET.az xəbər verir ki, o, artıq Avropa İttifaqı ölkələrinə səfər edə bilməyəcək. Müvafiq qərarı Polşa hakimiyyəti verib. Vizanın ləğv edilməsi haqqında Milonov Finlandiyaya səfəri zamanı öyrənib.

“Polşa aldığı tənqidə görə qisas almağa qərar verib. Biz miqrantlar haqqında, Polşa haqqında film çəkmişik”, – “Znak.com” deputatın sözlərindən sitat gətirib.

Qeyd edək ki, ermənipərəst mövqeyi ilə tanınan Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirib, xüsusən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə bir neçə dəfə qanunsuz səfərlər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*