Ermənilərin hərbi kolonunun hərəkət istiqamətini əks etdirən yeni VİDEObackend

Ermənilərin hərbi kolonunun hərəkət istiqamətini əks etdirən yeni VİDEO

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz erməni silahlı qüvvələrinin yeni hərbi karvanın hərəkəti müşayiət olunub. Bununla bağlı artıq video və foto çəkilişlərin əks olunduğu görüntülər yayılıb.

KONKRET.az Caliber.az-a istinadən xəbər verir ki, Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.

Kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir çadırlı “Ural” və su çəni olan “KamAZ”, arxada isə üzərində Rusiya bayrağı olan BTR-82A hərəkət edir.

Kolon qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edir.

  • Nazim
    Mart 7, 2023 - 16:45

    Deyəsən bu ruslarla əlbəyaxa olmalı məcbur olacağıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*