Ermənistan Həmas-İsrail müharibəsindən Azərbaycan əleyhinə istifadə etmək niyyətinə düşüb.
KONKRET.az xəbər verir ki, artıq hakimiyyət dairələrində bununla bağlı tezislər hazırlanır. İranşünas Vardan Voskanyanın son açıqlaması da dediklərimizi bir daha təsdiq edir.
V.Voskanyan Telegram kanalında yazır:
“Qəzzada xəstəxanaya edilən ölümcül hücumdan sonra hətta Türkiyə və Pakistan Təl-Əvivə qarşı sərt ritorikadan istifadə etmək məcburiyyətində qaldı. Müsəlman ölkələrində də kütləvi etirazlar baş verdi. Bakı isə İsrailin əsas müttəfiqi olmaqda davam edir”.
Voskanyan riyakar sifəti ilə deməyə çalışır ki, guya Bakı Ermənistana qarşı dini amildən istifadə etsə də, Qəzzada məscidə raket zərbələri endirilməsində nədənsə susur. Bütün bunlar isə Ermənistana fürsət verir ki, islam dünyasında Azərbaycanı nüfuzdan salsın və bu regionda ölkəmizi müttəfiqsiz qoysun.
“Qala-dövlət Ermənistan ideyası təkcə bizim güclənməyimiz deyil, həm də düşmənin mümkün zəifləməsi və təcrid olunmasını nəzərdə tutmalıdır və belə imkanlar yaranıb və bundan sonra da olacaq”, – deyə o yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
