Ermənilərin Kərki dərdi – ŞƏRHbackend

Ermənilərin Kərki dərdi - ŞƏRH

Danışıqlar masasında dalana dirənən Ermənistan nəyin bahasına olursa-olsun bir qədər də manipulyasiya etməkdə israrlıdır. Hərbi və siyasi səhnədə mövqelərini itirən, öz mütəffiqindən istədiyi dəstəyi görməyən düşmən ölkə hazırkı reallıqla barışmalı və düşdüyü vəziyyəti düzgün qiymətləndirməlidir.

Otuz ildən çoxdur Azərbaycanın anklav ərazilərini tam mənimsəyərək özününkü hesab edən erməni tərəfi həmin anklavları qaytarmaq məcburiyyətindədir. Bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapsa da ermənilər öz üzərlərinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırmışdılar.

Amma anklavlar məsələsi yenidən aktuallaşıb və işğal altında qalan kəndlərimizdən biri də Kərkidir. Bu kənd İrəvan-Gorus yolunun üstündə strateji mövqedə yerləşir. Vedibasarla Dərələyəz mahalının arasındadır. Əsas magistralın Kərki ərazisindən keçməsi bu kəndə marağı daha da artırır.

Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını və anklavların da qaytarılmalı olduğunu etiraf etsə də, hələlik Ermənistanda bu mövzu ciddi müzakirələrə səbəb olub. Vardan Voskanyan adlı erməni tarixçisi Kərkinin starateji mövqeyinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək “Tiqranaşen” adlandırdıqları Kərki kəndini qaytarmağı erməni dövlətçiliyinə ciddi zərbə adlandırıb.

1990-cı ilin yanvarında erməni silahlı birləşmələri tərəfindən işğal olunan Kərkini qədim erməni torpağı kimi qələmə verən erməni tarixçisinin canfəşanlığı başa düşüləndir. Onlar starateji əhəmiyyətli Kərkini təhvil verməklə əsas kommunikasiya xəttdinə nəzarəti itirəcəklər. Deməli, Ermənistanın həm cənuba,həm də şimala çıxış yolu tamamilə Azərbaycanın nəzarətinə keçəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*