Ermənistan aclıq təhlükəsi ilə üzləşə bilərbackend

Ermənistan aclıq təhlükəsi ilə üzləşə bilər

Ukrayna hadisələri bütün dünyada ərzaq təhlükəsizliyini və aşağı gəlirli ölkələrdə aclığı təhdid edir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa İqtisadiyyat İnstitutunun çərşənbə günü dərc etdiyi hesabatda yer alıb.

Müxtəlif amilləri nəzərə alan institutun yaratdığı reytinqə əsasən, Benin ən böyük çətinliklərlə üzləşə bilər. Ondan sonra Şimali Koreya, Sudan, Nikaraqua və Konqo Demokratik Respublikası gəlir.

Həmçinin hesabatda Ermənistan, Misir, Livan, Gürcüstan və Ruandanın da təhdid altında olduğu bildirilir.

Reytinqə görə, Avropa İttifaqı ölkələri arasında böhrandan ən çox Yunanıstan, Malta və Kipr təsirlənəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*