“Ermənistan Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti pisləyir” – Giloyanbackend

"Ermənistan Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti pisləyir" - Giloyan

“Ermənistan Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti pisləyir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

O bildirib ki, Ermənistan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti pisləyir.

Giloyan əlavə edib ki, Azərbaycanın bayraq yandıran şəxsi beynəlxalq axtarışa verdiyindən hələlik xəbəri yoxdur. Bununla belə, Giloyanın sözlərinə görə, “qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir”.

“Avropa və beynəlxalq federasiyalarla işlədiyimizdən, həmkarlarımıza Avropa çempionatındakı insidentin də bizim maraqlarımıza uyğun olmadığını izah etdiyimiz üçün indiyədək Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib”,- Giloyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*