Ermənistan-Azərbaycan sərhədində daha bir erməni hərbçinin meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Erməni hərbçi başından güllələnərək öldürülüb.
“Noyabrın 24-də saat 14:50 radələrində Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətindəki döyüş mövqeyində ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu Suren Romanoviç Avetisyanın (2001-ci il təvəllüdlü) başından ölümcül güllə yarası almış meyiti tapılıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, – MN-nin məlumatında deyilir.
Ermənistan noyabrın 16-da törətdiyi təxribat nəticəsində itirdiyi hərbçilərin dəqiq sayını və siyahısını açıqlamır. Erməni ictimaiyyətinin qəzəbinə növbəti dəfə tuş gəlməmək üçün hər gün bir bəhanə ilə ölmüş hərbçilərini üzə çıxarır.
Xuraman Etibarlı
KONKRET.az