“Ermənistan Azərbaycandan kadastr şəhadətnaməsi alacaq”backend

"Ermənistan Azərbaycandan kadastr şəhadətnaməsi alacaq"

“Nikol Paşinyan eksklüziv olaraq öz tamaşaçısı ilə ünsiyyət qurur. Serial auditoriyası. O, öz tamaşaçısını amansızcasına aldadır, lakin bundan hamı əziyyət çəkəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

“Nikolun “kadastr pasifizmi” iki saxta və dəhşətli koda əsaslanır. Biri ilə Qarabağın, digəri ilə Ermənistanın təslim olmasına haqq qazandırır.

Kod 1: 29.800 kv.m ərazini saxlamaq üçün Qarabağı Azərbaycana təhvil veririk. Beləliklə, Ermənistan Azərbaycandan kadastr şəhadətnaməsi alacaq.

Kod 2: Ermənistanın kəndlərini Azərbaycana təhvil veririk, amma əvəzində Artsvaşeni alıb kadastr şəhadətnaməsi ilə dinc yaşaya bilərik.

Bu kodların hər ikisi Ermənistanın mövcudluğuna qarşı yönəlib”, – deyə Tevanyan yazıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*