Ermənistan Azərbaycanla dəmir yolunun bərpası xərclərini hesablayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib. O bildirib ki, dəmir yolunun iki hissəsinin tikintisi üçün İrəvana 1,2 milyard dollar lazım olacaq.
1 milyard dollardan çox vəsait Ermənistanın Sünikdəki (Zəngəzur) sərhədindən Azərbaycanın Horadizinə qədər olan hissəyə gedəcək.
Təxminən 200 milyon dollar Meğriyə və oradan Horadizə doğru yeni dəmir yolunun bərpası və mümkün tikintisi üçün lazım olacaq.
Kerobyan onu da bildirib ki, Yerasx yaxınlığından Naxçıvana qədər olan hissədə dəmir yolunun bir neçə yüz metrlik hissəsinin təmirə ehtiyacı olacaq.
“Böyük investisiya Meğri şəhəri hissəsində dəmir yolunun bərpasıdır. Bu yerdəki keçmiş dəmir yolu tamamilə sökülüb, artıq avtomobil yoluna çevrilib. Hesab edirəm ki, bu, təxminən 200 milyon dollardır”, – Kerobyan qeyd edib.
Qeyd edək ki, Bakı və İrəvan əvvəllər Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçəcək dəmir yolunun tikintisi ilə bağlı razılığa gəliblər.
Xuraman Etibarlı,
KONKRET.az
