İrəvan məhkəməsi açıq şəkildə zorakılığa çağıran şəxsin həbsinin qanunsuz olduğubarədə qərar çıxarıb.
KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ”Məhkəmənin sərbəst buraxdığı şəxs noyabrın 13-də özünün facebook səhifəsində Qarabağ ermənilərini təhqir edərək bütün Ermənistanı onlara qarşı mübarizəyə çağırıb. Müəyyən səbəblərə görə adı açıqlanmayan həmin şəxs haqqında dekabrın 2-də Ermənistan Respublikası Cinayət Məcəlləsinin 226.2-ci maddəsi (milli, irqi və ya dini nifrəti təhrik etmək, kütləvi şəkildə və ya mediadan istifadə etmək) ilə cinayət işi açılıb. 4 günlük həbsdən sonra Ermənistan Baş Prokurorluğu Qarabağ ermənilərini təhqir edən həmin şəxsi sərbəst buraxdı”.
KONKRET.az
