backend

Ermənistan bütün tərəfdaşlarına kömək üçün müraciət etdi

Ermənistan kömək üçün yalvarışlara başlayıb.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan rəhbərliyi Rusiyaya, KTMT-yə və Minsk qrupuna müraciət ünvanlayıb. Müraciətdən hissəni təqdim edirik:

“Biz beynəlxalq ictimaiyyəti və bütün tərəfdaşları: Rusiyanı, KTMT-ni, ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycan tərəfinin regional sülh və sabitliyi təhdid edən bu hərəkətlərinə aydınlıq gətirməyə və həll etməyə çağırırıq”.

Daha sonra ultimatumsayağı bəyanat da verməyi unutmayıb: ““Rusiya və KTMT-nin köməyi ilə böhran aradan qaldırılmasa, İrəvan digər beynəlxalq tərəfdaşlara müraciət etmək məcburiyyətində qalacaq”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*