“Ermənistan çox ağır və çətin anlarını yaşayır” – Erməni katolikosubackend

“Ermənistan çox ağır və çətin anlarını yaşayır” – Erməni katolikosu

“Erməni xalqının bütün oğulları fanatikcəsinə Vətənə bağlı olmalı və erməni kimliyini və dövlətçiliyini təhdid edən bütün təhlükələri və sınaqları ortadan qaldırmaq üçün birgə səy göstərməlidirlər”.

KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, bu sözləri ermənilərin katolikosu II Qaregin bildirib.

O daha sonra deyib: “Ölkəmiz ağır və çətin anlarını yaşayır. Xalqımız həmrəy olmalı, millətimizin bütün oğulları Vətənə fanatikcəsinə sadiq olmalı, gücümüzü ortaya qoymalı, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün Vətənə olan bir sevgi ilə vahid yumruq kimi birləşməlidirlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*