“Ermənistan ərazisində olan Azərbaycan anklavları Bakıya qaytarılacaq” – Vanetsyanbackend

"Ermənistan ərazisində olan Azərbaycan anklavları Bakıya qaytarılacaq" - Vanetsyan

“Ermənistan ərazisində olan Azərbaycan anklavları Bakının nəzarəti altına keçməli olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan erməni mətbuatına müsahibəsində deyib.

“Hazırda Ermənistan ərazisində olan Azərbaycan anklavları Bakının nəzarəti altına keçməli olacaq. Bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıması ilə bağlı son çıxışından belə çıxır”.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan işğal altında qalan 8 Azərbaycan kəndini (anklavlarını) azad etməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*