“Bəs Ermənistan hökuməti Bakının planlarına qarşı nə edir?”.
KONKRET.az xəbər verir ki, bunu təhlükəsizlik üzrə erməni ekspert Vaaqn Saroyan yazıb.
“Ermənistan rəhbərliyi hökumətin iclasında Bakının maksimum və ya minimum planı haqqında danışıb. Bu o demək deyil ki, Ermənistan hökuməti Qarabağın qarantı olaraq, bu planları pozmaq, qarşısını almaq və ya riskləri minimuma endirmək üçün hansısa tədbir görür.
Bəs Ermənistan hökuməti Bakının planlarıına qarşı nə edir? Düzdü, “Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya “göndərilsin”.
Kim və nə vaxt göndərəcək, nəyə lazımdır bu? Belə neytral mövqe sülhə aparmayacaq.
Bu siyasətin acı bəhrəsini iki erməni dövlətinin cəmiyyətləri görəcək”, – deyə Saroyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az