Ermənistan İranın qaz ixracının həcmini artırmaq təklifini dəstəkləyir.
“Biz qarşılıqlı olaraq qeyd etdik ki, Ermənistan Respublikası faktiki olaraq daha çox qaz almağa ehtiyac duyur, İran İslam Respublikasının isə daha çox elektrik enerjisi almağa ehtiyacı var”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni nazir David Xudatyanın İrana səfərinin yekunlarına dair “Azatutyun”a açıqlamasında bildirib.
O daha sonra qeyd edib ki, “Bizim boru kəmərimizin ötürücülük qabiliyyəti isə hazırda ondan keçən qaz həcmindən daha böyükdür.
Erməni və İran tərəfləri bu qarşılıqlı faydalı sövdələşmənin genişləndirilməsi barədə şifahi razılığa gəliblər, qalan məsələlərin həlli isə artıq yaxın vaxtlarda yaradılacaq işçi qrupların səlahiyyətindədir”.
Natiq Səlim,
KONKRET.az
