Ermənistan İranla Hindistandan Avropaya dəhliz YARADACAQbackend

Ermənistan İranla Hindistandan Avropaya dəhliz YARADACAQ

Ermənistan İranla Hindistandan Avropaya dəhlizlə bağlı müqavilə imzalamağa hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan xəbər saytı məlumat yayıb. Bildirilir ki, İranla Ermənistan koridor yaradacaq.

“Fars körfəzi – Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin layihəsi multimodal daşımalarla Dehli və Tehranı İrəvan və Tbilisi vasitəsilə Avropa ilə birləşdirəcək. Layihəyə Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan qoşulub. İştirakçılar İranın sazişin imzalanma tarixini açıqlamasını gözləyirlər.

Ermənistan Azərbaycandan keçən kommunikasiyalardan istifadə etməkdə maraqlıdır”, – deyə sayt yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*