Hakimiyyət müdafiə nazirini dəyişmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. Qəzet yazır ki, son günlər yaxın vaxtlarda Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı ilə bağlı pərdə arxasında fəal müzakirələr gedir.
“Xüsusən də müdafiə naziri dəyişdiriləcək. Bir neçə nəfərin adı hallanır, lakin onlardan ən maraqlısı Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyanın adıdır.
Qeyd edək ki, onun adı ən çox ehtimal olunan şəxs kimi qeyd olunur və bu, bu ilin yanvarında ona Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi (rəhbər (komandir tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) ilə ittiham irəli sürülüb.
Xuraman Etibarlı,
KONKRET.az
