Ermənistan müxalifəti hakimiyyəti dəyişmək üçün küçə yürüşlərinə başlayacaq.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan oktyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib.
“Mübarizə aparacağıq, hətta küçə mübarizəsi edəcəyik. Ancaq şərait yetişməlidir. Biz Ermənistanda xalqla işləməliyik. Biz hakimiyyətin dəyişməsi üçün mükün bütün vasitələrdən istifadə edəcəyik”, – o bildirib./report/
