“Ermənistan özünə rəhbər tapa bilmir” – Erik Akobyanbackend

"Ermənistan özünə rəhbər tapa bilmir" - Erik Akobyan

Emənistanın Azərbaycanla müharibədə məğlubiyyətindən sonra Baş nazir Nikol Paşinyanın istefası üçün təzyiqlər davam etdirilir. Lakin onu kimin əvəz edə biləcəyi bəlli deyil.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, real alternativ olmadığına görə, Paşinyan baş nazir kreslosundan yapışmağı bacarır. Baş nazirin istefasını tələb edənlər arasında hazırda ölkə prezidenti, parlamentdəki iki müxalifət partiyası, Ermənistanın üç keçmiş lideri, kilsə rəhbərləri, İrəvan Dövlət Universitetinin elmi şurası, habelə bəzi bölgələrin qubernatorları və bələdiyyə başçıları var. Dəqiq rəy sorğuları olmasa da, bir çox vətəndaşın 2018-ci ildə küçə etirazlarından sonra hakimiyyətə gələn baş nazirə inamları itmiş kimi görünür. 30 yaşlı taksi sürücüsü Artur Manuçaryanın bu baxımdan “Paşinyan getməlidir, amma uyğun bir əvəz görmürəm”, – deməsi əsl həqiqəti özündə ehtiva edir.

Paşinyan əvvəlcə çox populyardı və koalisiyası 2018-ci ilin dekabr ayında keçirilən parlament seçkilərində səslərin 70 faizdən çoxunu qazandı. Lakin müharibədəki məğlubiyyət ona siyasi zərbə vurdu. Siyasi analitik Erik Akobyan “CivilNet”-ə verdiyi müsahibəsində “Baş nazirin iki il əvvəl aldığı mandatın artıq etibarlı olmadığı aydındır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*