Ermənistan parlamenti hərbi qulluqçulara pulsuz tibbi xidmət edilməsi təşəbbüsünü rədd edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, təşəbbüsün müəllifi, “Şərəfim var” fraksiyasının deputatı, parlamentin insan haqları və ictimai məsələlər komissiyasının rəhbəri Taqui Tovmasyandır. O qeyd edib ki, hətta parlament bu təşəbbüsü müzakirə etməsi gülüncdür.
Qeyd edək ki, Ermənistan ordusunun 44 günlük müharibədə hələ də sayı gizlədilən minlərlə yaralanmış hərbçisinin cüzi hissəsi dövlət hesabına müalicə alır.
Xuraman Etibarlı,
KONKRET.az
