Ermənistan Parlamentində dava sifarişlə planlaşdırılıb və baş verib – Ohanyanbackend

Ermənistan Parlamentində dava sifarişlə planlaşdırılıb və baş verib - Ohanyan

“Ermənistan Parlamentində dava sifarişlə planlaşdırılıb və baş verib”. 
KONKRET.az erməni mediasına xəbər verir ki,  bunu “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan Milli Assambleyanın iclasında deyib. Dünən Ermənistan Parlamentinin binasında növbəti dəfə dava olub. Dava deputatlar arasında baş verib və onlar ən pis söyüşlərlə bir-birini təhqir edib.

“Bu xuliqanlıq, dava başqa binada oturan şəxsin sifarişi ilə planlaşdırılıb və baş verib”, – deyə Ohanyan bildirib. O deyib ki, hakimiyyət Sünik (Zəngəzur) dəhlizi, əsirlər məsələlərindən fikir yayındırmaq istəyir.

“Əgər hakim qüvvə dövlət qurumlarını sona qədər gözdən salmaq istəyirsə, düzgün yol seçib və cəmiyyətin diqqətini Sünik dəhlizi mövzusundan, hərbi əsirlərlə bağlı biabırçı bəyanatlardan, büdcə vəsaitlərinin israfçılığı ilə bağlı hesabatlardan yayındırmaq istəyirsə, onlar uğur qazana bilməyəcək”, – deyə Seyran Ohanyan vurğulayıb.

Ohanyan  bu hadisənin unudulmayacağını və hakimiyyətin reaksiyasını gözləyəcəklərini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*