Ermənistan Parlamentində növbəti QALMAQAL – Deputatı zaldan sürüyərək çıxardılar – VİDEObackend

Ermənistan Parlamentində növbəti QALMAQAL - Deputatı zaldan sürüyərək çıxardılar - VİDEO

Ermənistan Parlamentində növbəti qalmaqal baş verib.

KONKRET.az erməni KİV-nə istinadla xəbər verir ki, buna səbəb “Ermənistan” fraksiyasından olan müxalifətçi deputat Qeqam Manukyanın tribunada çıxışı zamanı “Artsax”ı unudanları satqın adlandırması olub. O, dəfələrlə “Onlar satqındırlar!” deyib.

Vitse-spiker Ruben Rubinyan Manukyanı etika qaydalarını pozmamağa çağırıb. Lakin deputat israrla dediklərini təkrar edib.

Parlamentarilər arasında mübahisə Rubinyanın mikrofonu söndürmək əmri ilə başa çatıb və Manukyandan parlament tribunasını tərk etməsini istəyib. Manukyan getməkdən imtina etdikdə, spiker müavini təhlükəsizlik xidmətinin əməkdaşlarından kömək istəyib. Təhlükəsizlik xidməti əməkdaşları Manukyanı tribunada sürüyərək uzaqlaşdırıb.

İclas 20 dəqiqə dayandırılıb.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*