Ermənistan parlamentindən şir heykəli və xatirə medalları yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə parlamentin aparat rəhbəri, baş katibin köməkçisi Arman Mnatsakanyan məlumat verib. O, polisə bildirib ki, 2021-ci ildən bəri il ərzində muzey eksponatları zərurət səbəbindən bir neçə dəfə köçürülüb. Son köçürmədən sonra şir heykəli yoxa çıxıb.
Onun sözlərinə görə, 2022-ci ildə inventarizasiya aparılıb və dörd eksponatın çatışmadığı aşkarlanıb: bir bürünc şir heykəli, “Radio Jam 2000”-nin iki xatirə medalı və gildən hazırlanmış Tbilisinin təsviri ilə bir xatirə medalı.
Xuraman Etibarlı,
KONKRET.az
