Ermənistan parlamentində pərdəarxası oyun: Paşinyan əsas fiquru önə çəkirbackend

Ermənistan parlamentində pərdəarxası oyun: Paşinyan əsas fiquru önə çəkir

Ermənistanın baş naziri Nikol Paşinyan iyun seçkilərindən sonra parlamentin spikeri postunda özünün əsas müşaviri Lilit Makuntsu görmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə İrəvanın “Qraparak” qəzeti yazır.

Nəşrin məlumatına görə, Ermənistanın baş naziri partiyadaxili səsverməni elə təşkil etməyi planlaşdırır ki, ABŞ-də sabiq səfir olmuş Makunts seçki siyahılarının təsdiqi zamanı ən çox səs toplasın.

“Paşinyana seçkilərin demokratik olduğunu göstərmək lazımdır, buna görə də o, seçkiləri iki mərhələdə keçirməyi nəzərdə tutur, – qəzet yazır. – Birinci mərhələdə nümayəndələr sadəcə 50 nəfəri (siyahıda konkret yer müəyyən etmədən) seçəcəklər. Siyahıdakı yerlər isə yalnız ikinci mərhələdə bəlli olacaq. Məhz bu ikinci mərhələdə baş nazir Makunts üçün yüksək mövqe təmin etməyi planlaşdırır”, – deyə nəşr qeyd edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*