Ermənistan parlamentində sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcəkbackend

Ermənistan parlamentində sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentində noyabrın 25-də Azərbaycan da daxil olmaqla ölkə sərhədlərinin demarkasiyası və delimitasiyasına dair dinləmələr keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 25-də “Ermənistan” fraksiyasının təqdim etdiyi “Sərhədin delimitasiyası və demarkasiyası problemləri” layihəsi mövzusunda parlament dinləmələri keçiriləcək”, – parlamentin yaydığı bəyanatda qeyd olunur.

Məlumat üçün qeyd edək ki, “Ermənistan” fraksiyasına ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*