Ermənistan Parlamentinin sədri müxalifətçi deputatı məhkəməyə verib.
KONKRET.az-ın erməni mediasına istinadla məlumatına görə, Alen Simonyan tribunadan çıxışı zamanı bildirib ki, o, Areqnaz Manukyana qarşı “yalan ittihamlarla” bağlı bəyanat yazıb. Spiker əmindir ki, məhkəmə onu üzr istəməyə məcbur edəcək.
“Xanım Manukyan son 3 ayda 4 sözü təkrarlayır, yerlərini dəyişdirir – asfalt, Yunanıstan, bukmeker kontoru… Bir gün mən sizə liderinizin iştirakı ilə Yunan adaları haqqında hekayələr danışacağam. Mən şəxsiyyətə keçmək istəmirəm, amma belə maraqlı şeylər danışırlar. Məm bu səviyyəyə enməyəcəyəm “, – deyə Simonyan eyham vurub.
“Hetk” nəşri Simonyanın kiçik qardaşı Karlen Simonyanın rəhbərlik etdiyi “Euroasfalt” şirkətinin Aparanda icmadaxili yollar üzrə müsabiqənin qalibi olduğunu yazıb. Müqavilənin ümumi dəyəri təxminən 140 min dollardır.
Xuraman Etibarlı,
KONKRET.az
