Ermənistan paytaxtında əhali arasında ciddi TƏŞVİŞ – Apteklərdə növbələr…backend

Ermənistan paytaxtında əhali arasında ciddi TƏŞVİŞ - Apteklərdə növbələr...

İrəvan apteklərində tibbi maska çatışmazlığı var.

KONKRET.az erməni mediasına istinadən xəbər verir k, paytaxtın Maştoç prospektindəki apteklərin heç birində satışda maska ​​yoxdur. Bundan əlavə, işçilər maskaların nə vaxt olacaqlarını da bilmirlər.

Hətta böyük aptek şəbəkələrində və anbarlarda da tibbi maskalar yoxdur. Bununla bağlı artıq xəbərdarlıq da edilib. Xüsusilə, “Hraparak” apteklər şəbəkəsi, “Gideon Rixter” və “Natalie Pharm” tərəfindən bununla bağlı ayrıca məlumat verilib.

Gümrüdəki jurnalist Armenuhi Vardanyan özünün facebook səhifəsində bildirib ki, eyni vəziyyət Ermənistanın ikinci şəhərində də var. “Gümrüdəki apteklərdə tibbi maska ​​yoxdur”.

Eyni vəziyyət Ermənistanın digər bölgələrində də hökm sürür.

Qeyd edək ki, bu gün səhər baş nazir Nikol Pashinyan Ermənistanda koronavirus infeksiyası hallarının olmadığını bildirib.

Maraqlıdır ki, bir gün əvvəl Dərman və Tibbi Texnologiyalar Ekspertiza Mərkəzi QSC-nin yeni təyin olunmuş direktoru Vilen Qabrielyan öz Facebook səhifəsindəki bütün aptek operatorlarını, o cümlədən topdan satıcıları müvafiq dərman və aksesuarların qiymətlərində bahalaşmaya yol verməmək barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən, Yerevan Ağsaqqallar Şurasının katibi Hripsime Arakelyan bildirib ki, Ermənistandan bütün maskalar Çinə ixrac edilib.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*