Ermənistan Prezidenti Armen Sarkisyan kosmosa uçmaq arzusunu davam etdirdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Kemurdjyan-100” konfransının iştirakçılarının suallarına cavab verərkən bildirib.
A.Sarkisyan deyib: “Prezident olmamışdan əvvəl kosmik turist olmaq barədə ciddi şəkildə düşünmüşəm. Mən bu barədə xəyal qurmağa davam edirəm. Fransanın Şamoni şəhərində keçirilən “Düşüncə sammiti”ndə iştirak edərkən daha bir kosmik kompaniya mənə müraciət etdi. Beləliklə, hazırda mənim kosmosa uçmaqla bağlı üç təklifim var”./teleqraf/
