Ermənistan prezidenti Nikol Paşinyanla pul davasına başladıbackend

Ermənistan prezidenti Nikol Paşinyanla pul davasına başladı

“Ermənistan hökümətinin “Hayastan” fonduna aid pulun bir hissəsinin Ermənistan Maliyyə Nazirliyinə köçürülməsi barədə qərarı insanların fonda olan inamını poza bilər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Prezidenti, “Hayastan” Ümumerməni Fondunun Qəyyumlar Şurasının sədri Armen Sarkiskyan səsləndirib. Sədr İdarə Heyətinin üzvlərindən fondun xərclərinin beynəlxalq auditini təşkil etmələrini xahiş edib.

Belə bir müraciətin səbəbi fond rəhbərliyinin Qarabağdakı müharibə zamanı yığılan vəsaitin böyük hissəsini hökumətin hesabına köçürməsi barədə qərarı olub. Noyabr ayında fondun səhiyyə xərclərini maliyyələşdirmək, infrastrukturları bərpa etmək və Qarabağdakı müharibədən zərər çəkmiş insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün Ermənistan hökumətinə 52 milyard dram və yaxud 104 milyon dollardan çox pul köçürdüyü məlum olub.

Sarkisyanın müraciətində deyilir: “Belə bir qərar insanlar arasında dünyadakı ermənilər tərəfindən toplanan vəsaitlərin xərclənməsinin səmərəliliyi ilə bağlı bir çox suallar yaratdı. Bu isə Fondun nüfuzunu sarsıda və quruma olan inam itkisinə səbəb ola bilər. Ona görə də hesab edirik ki, fondda beynəlxalq yoxlamaya ehtiyac var “.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*