Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏSMİbackend

Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı - RƏSMİ

KONKRET.az xəbər verir ki, Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib – 2 min 996 min nəfər.

“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan 1 min 816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir”, – Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.

Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib.interfax.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*