“Ermənistan Qarabağsız, Zəngəzursuz və AES-siz geosiyasi “torbada” qalacaq” – Rustamyanbackend

"Ermənistan Qarabağsız, Zəngəzursuz və AES-siz geosiyasitorbadaqalacaq" - Rustamyan

“Ermənistan Qarabağsız, Zəngəzursuz və AES-siz geosiyasi “torbada” olacaq”.

KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasından olan deputat, Daşnaksütyun partiyasının nümayəndəsi Armen Rustamyan deyib.

Müxalifətçi deputatın fikrincə, dünyanın Ermənistana marağı üç amillə şərtlənib.

“Ermənistan Qarabağ, Zəngəzur və Metsamor AES-i olmayan geosiyasi “torba”da qalacaq.

“Qarabağdan imtina edək – Ermənistanı xilas edək” konsepsiyası “absurd”dur, çünki Qarabağ olmasaydı, Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altında olardı”, – deyə Rustamyan bildirib.

Rustamyan xarici işlər nazirinin keçmiş müavini Şavarş Koçaryanın Qarabağ probleminin Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsinə çevrilməsinin İrəvan üçün fəlakətli nəticələrlə dolu olması fikri ilə razılaşıb.

“Biz xalqımıza hər vasitə ilə başa salmalıyıq ki, Qarabağdan əl çəksək, bizə rahatlıq olmayacaq, vəssalam. Baxmayaraq ki, indi hamı Qarabağı unudub. Düşmən Cermukun kənarında oturub.

Türkiyə-Azərbaycan tandeminin son dərəcə aydın strateji hədəfi var – Ermənistanı məhv etmək. Ermənistanın subyektivliyi isə indiyədək üç ünsür üzərində qurulub və bunun sayəsində dünya ona “hörmət edir”. Bu, ilk növbədə Qarabağdır. Bəli, münaqişədir, amma bu münaqişə Ermənistanı faktor edib.

İkinci element Zəngəzurdur. Ermənistanın bu cənub bölgəsi türklərin planlarını həyata keçirilməsində maneə rolunu oynayır. Bunu İranın fəal müdaxiləsi, onun Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri sübut edir.

Üçüncü element Metsamor Atom Elektrik Stansiyasıdır. Dünya ictimaiyyətinin Ermənistana marağı məhz bu üç “sütun” üzərində qurulub.

Bunlar olmasa, Ermənistan dövləti özünü geosiyasi “torbaya” salacaq, “kimsə onu yoldan götürüb özü ilə aparacaq”, – deyə Rustamyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*