“Ermənistan rəhbərliyi ölkəni fəlakətlərə sürükləyir”  backend

“Ermənistan rəhbərliyi ölkəni fəlakətlərə sürükləyir”  

“Paşinyan son 6 ildə Ermənistanın beynəlxalq rolunu sıfıra endirmək, ölkəmizi subyektdən obyektə çevirmək üçün bütün mümkün və mümkün olmayan səyləri göstərib”.

KONKRET.az xəbər verir ki, bu fikirlər 168am-ın youtube kanalında yayımlanan süjetdə səsləndirilib. Hazırlanan süjetdə bildirilib ki, Ermənistanın indiki rəhbərliyi suverenlik adı altında ölkəni fəlakətlərə sürüyür:

“Müstəqillik mübarizəsi adı altında faktiki olaraq bütün tərəfdaşlarla münasibətlər ardıcıl şəkildə korlanıb. Paşinyan elə bir siyasət yeridib ki, Azərbaycan durmadan daha da fəallaşır, ölkəmizi təhlükəsizlik və müdafiə imkanlarından məhrum edib. Aydın məsələdir ki, bu, Paşinyanın həyasızlığının təzahürü olmaqla yanaşı, daha çox düşünülmüş və həyata keçirilən böyük bir kursun tərkib hissəsidir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*