Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına yeni rəhbər təyin edildibackend

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına yeni rəhbər təyin edildi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazirin təklifi ilə təyinatlar və istefalar haqqında bir sıra fərmanlar imzalayıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Kamo Koçunts Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib, onun yerinə Artur Yeroyan təyin edilib.

General-mayor Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna rəhbər təyin edilib.

Ermənistan və Rusiyanın birgə qoşun qrupu 2016-cı ildə yaradılıb. Qrupun əsas vəzifələri sırasında Ermənistan və Rusiyaya qarşı silahlı hücuma dərhal hazırlığı təmin etmək, o cümlədən iki dövlətin dövlət sərhədlərinin quru hissəsinin müəyyən edilmiş məsuliyyət zonalarında əhatə olunması daxildir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*