Ermənistan Rusiyanı şikayət etdibackend

Ermənistan Rusiyanı şikayət etdi

Ermənistan Rusiyaya mal idxalına qoyulan məhdudiyyətlərlə bağlı Aİİ-yə şikayət ərizəsi ilə müraciət edib.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan deyib.

“Burada söhbət təkcə Rusiya ilə əlaqələrdən deyil, həm də Aİİ çərçivəsindəki imkanlardan gedir. Bu cür maneələrin aradan qaldırılmasını təmin etmək üçün tətbiq oluna bilən xüsusi mexanizmlər mövcuddur. Bu imkanlardan fəal şəkildə istifadə edirik. Şikayət ərizəsi təqdim etmişik və əminik ki, mexanizmlər işləyəcək və məhdudiyyətlər aradan qaldırılacaq. Ermənistan hökumətinin fikrincə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Aİİ-nin prinsiplərinə və sazişlərinə uyğun deyil. Aİİ-in öz prinsiplərinə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün mübarizə aparırıq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*