Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvlərini birləşməyə və vahid cəbhə kimi çıxış etməyə çağırıb.
KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.
“Görüşümüz çətin geosiyasi və iqtisadi şəraitdə keçirilir. Amma biz valyuta-maliyyə bazarındakı problemləri uğurla dayandıra bildik. Bununla belə, sanksiya təzyiqi zəifləmir, əksinə, güclənir”, – dövlət başçısı bildirib.
Lukaşenko hesab edir ki, Qərbin sanksiyaları bu və ya digər dərəcədə bütün Aİİ ölkələrinə təsir edəcək, çünki bu məhdudiyyətlərin tətbiq olunduğu Rusiya ittifaqa üzv ölkələrin ən böyük ticarət-iqtisadi tərəfdaşıdır.
Roman Göytürk,
KONKRET.az
