Ermənistan və ABŞ Zəngəzur dəhlizinin çərçivə sənədini yayımladıbackend

Ermənistan və ABŞ Zəngəzur dəhlizinin çərçivə sənədini yayımladı

Ermənistan və ABŞ TRIPP layihəsinin (Zəngəzur dəhlizi -red.) həyata keçirilməsi ilə bağlı çərçivə sənədi yayımlayıb.

KONKRET.az xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio təqdim ediblər.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməyi nəzərdə tutur.

Layihənin həyata keçirilməsi üçün TRIPP İnkişaf Şirkətinin yaradılması planlaşdırılır. Sənədə əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq.

İnfrastrukturun inkişafı hüquqlarının ilkin müddəti 49 il müəyyənləşdirilib. Sonrakı mərhələdə Ermənistanın şirkətdəki payının 49 faizə qədər artırılması mümkün olacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*