“Ermənistan və Azərbaycan arasında heç bir müqavilə imzalanması gözlənilmir” – Mirzoyanbackend

"Ermənistan və Azərbaycan arasında heç bir müqavilə imzalanması gözlənilmir" - Mirzoyan

Ermənistan və Azərbaycan liderlərinin görüşü və sənədlərin imzalanması hazırda planlaşdırılmır.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu bu gün Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Müxtəlif formatlarda görüşlər üçün müxtəlif təkliflər müzakirə olunur. Ola bilər ki, bu görüşlərdən birinin nəticəsində tərəflər arasında əvvəllər razılaşdırılmış sənəd imzalana bilər. Amma bu yaxınlarda mətbuatda yazılan sənədlərin imzalanması nəzərdə tutulmur”, – deyə Ermənistan XİN rəhbəri bildirib.

Qeyd edək ki, bir müddət əvvəl  erməni mətbuatı Ermənistanla Azərbaycan arasında noyabrın əvvəllərində iki sənəd imzalanacağı barədə məlumat yaymışdı.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*