Razılaşma Ermənistanın Ərazi İdarəetməsi və İnfrastrukturlar naziri Davit Xudatyanın Tehranda İranın Neft naziri Möhsün Paknejadla görüşündə əldə edilib.
KONKRET.az xəbər verir ki, tərəflər təbii qazın tədarük həcmlərinin artırılmasını, enerji sahəsində ticarətin genişləndirilməsini, habelə infrastruktur və neft sənayesində əməkdaşlığı müzakirə ediblər.
Mehr agentliyinin yaydığı məlumata görə, İran Ermənistana təbii qaz ixracının genişləndirilməsini nəzərdə tutan yeni kommersiya modeli təklif edib. Hazırda iki ölkə arasında enerji əməkdaşlığı “qaza qarşı elektrik enerjisi” sxemi üzrə həyata keçirilir.
Paknejad birgə işçi qrupun mümkün qədər tez fəaliyyətə başlamasını təklif edib. Bu, ikitərəfli danışıqların növbəti raundunda onun fəaliyyətinin konkret nəticələrini qiymətləndirməyə imkan verəcək.
Natiq Səlim,
KONKRET.az
